Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclər qismən geri ödəniləcək


Prezident İlham Əliyev xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini təsdiqləyib.

"Report" xəbər verir ki, dövlət başçısı bununla bağlı "Kinematoqrafiya haqqında" qanuna dəyişiklikləri imzalayıb.

Belə ki, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Beləliklə ölkədə kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.

Oxşar xəbərlər

Kinematoqrafiya və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək
Azərbaycanda film çəkilişi ilə bağlı xarici prodüserlər üçün güzəşt müəyyənləşib
Filmlər üzrə qismən geri ödənilə biləcək məbləğin maksimum və minimum həddi müəyyənləşib
ARKA-nın baş direktoru: Filmlərin istehsalı üçün çəkilən xərclərin 40 %-ə qədəri geri ödəniləcək - YENİLƏNİB
Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər