Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq
sizinxeber.az xəbər saytı

Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu gənclərin bu sahəyə marağını artıracaq


Bu gün biz gənclər ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumuna toplaşmışıq. Azərbaycan artıq kosmik istiqamətdə tədbirlərin keçirildiyi məkana çevrilib. Ötən ilin oktyabr ayında Bakıda keçirilən “NASA Space Apps Challenge" tədbiri də gənclərin bu sahədə səs sahibi olmasına imkan yaratdı.

Bu barədə AZƏRTAC-a müsahibəsində Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumunun təşkilatçısı “Uşaqlarımıza öyrədək” İctimai Birliyinin sədri və təsisçisi, aerokosmik tədqiqatçı Yusif Kərimli deyib.

“Azərkosmos”, “Nargiz” Fondu, Britaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə keçirilən bugünkü forumda “NASA Space Apps Challenge" layihəsinin qalibi olmuş iki gənc spiker qismində burada təmsil olunacaq. Tədbir, eyni zamanda, əməkdaşlığa, yaradıcılığa və tənqidi düşüncəyə ilham verdi. Belə tədbirlər yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin, mühəndislərin inkişafı və ölkəmizdə gənclərin bu sahəyə marağının artırılması məqsədi daşıyır”, - deyə Y.Kərimi əlavə edib.

“Bundan öncə biz xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlər keçirdik. Hazırda isə Azərbaycanda rəqəmsallaşma istiqamətində bir sıra işlər aparılır. Buna görə də gənclərimizə daha çox STEAM istiqamətində təlimlər keçirik”, - deyə o vurğulayıb.

Oxşar xəbərlər

NASA Marsın tədqiqini dayandırdı
Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək
Türkiyənin aerokosmik şirkətinin nümayəndəliyi nizamnamə kapitalını 3 dəfə azaldır
NASA rəsmisi Bakıdakı sərgidən danışdı
ADA-da “Davamlı gələcək: Gənclərin liderliyində yaşıl innovasiyalar” adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle