sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Lənkəran Teatrında "Qış nağılı"nın premyerası oldu
Dekabrın 23-ü Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün "Qış nağılı" Yeni il tamaşasının premyerası baş tutub.
Sizinxəbər.Az-ın məlumatına görə,Anar Babalının Həmid Piriyevin eyniadlı pyesi əsasında səhnələşdirdiyi tamaşada dəcəl dovşan balaları xoş vaxt keçirmək üçün Karlsonu yanlarına çağırırlar. Əjdaha isə onlara mane olmaq istəyir. Lakin, dostluq hər şeyə qalib gəlir.
Tamaşanın ikinci rejissoru Günay Səlimzadə, prodüseri İntiqam Hacılı, quruluşçu rəssamı Güli Süleymanlı, xoreoqrafı Günel Abbaszadədir.
Rolları Hikmət Cəfərov, Buludxan Buludov, Gülər Kərimova, Günel Abbaszadə, Vəfa Hacızadə, Teymur Hacızadə və Nizami Qurbanov ifa edir.










Oxşar xəbərlər
Şuşa Teatrı yeni mövsümü “Molla Nəsrəddini tapın” tamaşasının premyerası ilə açacaq
Əməkdar incəsənət xadimi Oruc Qurbanovun anım günüdür
Ağstafada bacılar qazdan zəhərlənib
Xalq artisti Ramiz Məlik vəfat etdi
Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













