Oslo və Stokholmda bu ilin Nobel mükafatı laureatları təltif olunub
sizinxeber.az xəbər saytı

Oslo və Stokholmda bu ilin Nobel mükafatı laureatları təltif olunub


Norveç və İsveçdə adları oktyabr ayında açıqlanan 2024-cü ilin Nobel mükafatı laureatlarının təltif olunması mərasimi keçirilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Nobel Komitəsinin bəyanatında bildirilib.

Məlumata görə, Nobel sülh mükafatının təqdimetmə mərasimi Oslo meriyasında keçirilib. Eyni zamanda Stokholm konsert zalında fizika, kimya, fiziologiya, tibb və ədəbiyyat, eləcə də Alfred Nobelin xatirəsinə iqtisadi elmlər üzrə mükafatların laureatları təltif olunub.

Qeyd olunub ki, təntənəli tədbirlər İsveç kralı XVI Karl Qustavın iştirakı ilə keçirilib. Stokholm konsert zalı ölkə üçün mühüm tədbirlərin keçirildiyi ənənəvi məkandır.

Oxşar xəbərlər

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları məlum olub
Nobel mükafatı laureatlara təqdim edilib - FOTO
İqtisadiyyat üzrə Nobel mükafatının laureatları məlum olub
Fiziologiya və ya tibb üzrə “Nobel” mükafatı laureatları məlum olub
Fizika üzrə “Nobel” mükafatı laureatları məlum olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər