Naxçıvanda vergi daxilolmaları 8 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda vergi daxilolmaları 8 %-dən çox artıb


Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 54,5 milyon manat vergi daxil olub.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,3 % çoxdur.

Ötən 3 ayda muxtar respublikada qeyri-dövlət sektorundan daxilolmalar 38,8 milyon manat təşkil edib. İllik müqayisədə bu sektordan vergi daxilolmaları 20,6 % çox olub.

Hesabat dövründə Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 9,8 % artaraq 1,1 milyon manat olub.

Oxşar xəbərlər

Naxçıvanda vergi daxilolmaları 19 %-dən çox artıb
Naxçıvanda vergi daxilolmaları 29 % artıb
Naxçıvanda vergi daxilolmaları 23 %-ə yaxın artıb
Naxçıvanda vergi daxilolmaları 32 % artıb
Naxçıvanda vergi daxilolmaları 10 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər