İqlim dəyişikliyi XII Bakı Qlobal Forumunun müzakirə mövzularından olacaq
sizinxeber.az xəbər saytı

İqlim dəyişikliyi XII Bakı Qlobal Forumunun müzakirə mövzularından olacaq


“Bakıda keçirilən COP29 çərçivəsində iqlim maliyyəsinin 300 milyard dollara çatdırılması istiqamətində mühüm irəliləyiş əldə edilib ki, bu da mühüm nəticədir”.

Sizinxeber.az xəbər verir ki, bu fikirləri “Exxon Mobile” şirkətinin keçmiş vitse-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Cin Baderşnayder Bakı Qlobal Forumuna həsr edilmiş mətbuat konfransında bildirib.

O, “Bakı-Belen yol xəritəsi”nin Qlobal Forumun müzakirə mövzularından biri olacağını bəyan edib: “Bu məsələ çox mühümdür. Ona görə ki, Bakıda keçirilən COP29 çərçivəsində həmin yol xəritəsi geniş müzakirə edilib. İqlim maliyyəsinin həcmi 1,3 trilyon dollar olmalı idi. Ən azından hər kəs belə düşünürdü. Vəziyyət o yerə çatdı ki, tərəflər bu məsələyə dair birgə fəaliyyət planını razılaşdırdılar. Bu, iqlim maliyyəsi üzrə ən mükəmməl plandır. 2025-ci il çox mühüm dövrdür. Cari ildə maliyyənin həcmi razılaşdırılarsa, bu rəqəm 3 trilyon dollar təşkil edəcək. Hazırda əsas məsələ bu hədəfin reallaşdırılmasından ibarətdir”.

Oxşar xəbərlər

XI Qlobal Bakı Forumu başa çatıb
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin iştirakı ilə mətbuat konfransı keçirilib - FOTO
BMT-nin Rezident Əlaqələndiricisi: Azərbaycanda COP29-a hazırlıqlar çox yaxşı gedir
Türkiyə Prezidenti: Qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik
Elşad İskəndərov: Əsas hədəflərimizdən biri COP və qeyri-COP təşəbbüsləri arasında sinerjinin qurulmasıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle