Qırmızı Ay tutulması baş verə bilər
Martın 14-də gözlənilən tutulmanın maksimum mərhələsində Ay diski qırmızıya çevrilə bilər.
“Report” xəbər verir ki, bu barədə “TASS”a Moskva Planetariumunun mətbuat xidməti məlumat verib.
“Ayın gecə səmasında demək olar ki, görünmədiyi və ya Ayın tam fazada aydın göründüyü zaman, qaranlıqlaşma çox intensiv ola bilər. Martın 14-də Bakı vaxtı ilə saat 10:59-da tam tutulmanın maksimum mərhələsi başlayacaq. Bu anda Ayın qaralması (qırmızılaşması) maksimum həddə olacaq”, - astronomlar qeyd edib.
Vurğulanıb ki, Ay bir saatdan çox müddətə Yerin kölgəsində qalacaq. Atmosferin vəziyyətindən və bəzi digər amillərdən asılı olaraq, Ay diskinin qaralması tutulmadan tutulmaya qədər fərqlənə, qırmızı rəngin intensivliyi isə boz-qəhvəyidən narıncıya qədər dəyişə bilər.
Oxşar xəbərlər
BDU-nun Astrofizika kafedrası: 2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək
Gələn il iki Günəş, iki Ay tutulması olacaq
Gələn həftə ilin ilk Ay tutulması baş verəcək
Mars və Yer bir-birinə maksimal yaxınlaşacaq
Bu ilin ilk Ay tutulması martın 14-də baş verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
