İngiltərədə 16 yaşında yoxa çıxan qız 52 il sonra tapılıb
İngiltərənin Koventri şəhərində 16 yaşında itkin düşən Şeyla Foks adlı qadın 52 il sonra öz ölkəsində tapılıb.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Uest-Midlends şəhərinin polisi onun hansı şəraitdə itkin düşdüyü və harada yaşadığı barədə məlumatı açıqlamayıb. 1972-ci ildə yoxa çıxan qızın axtarışları ötən ilin 29 dekabrında yenidən başlayıb. Foksun yoxa çıxmazdan əvvəl çəkilmiş ağ-qara fotosu ilə başlayan axtarış işlərinin bir hissəsi kimi sosial mediadan və veb saytından istifadə edilib. Fotonun sosial mediada yayımlanmasından bir neçə saat sonra polisin 68 yaşlı Foksu tapdığı bildirilir.
Polisin məlumatına görə, qadın sağ və salamatdır, ölkənin başqa yerində yaşayır. Şəhər polisi tarixində ən uzun müddət davam edən axtarış işlərinin tamamlandığı bildirib.
Qeyd edilir ki, 1956-cı il təvəllüdlü Foksun 1972-ci ildə valideynləri ilə birlikdə yaşayarkən itkin düşüb. Sonradan adı dəyişdirilib. Onun haqqında rəsmi qeydlər olmayıb.
Oxşar xəbərlər
Cəlilabadda itkin düşən 33 yaşlı qadın tapılıb
İki ay əvvəl itkin düşən Qəbələ rayon sakini və övladı tapılıb
Bərdədə iki gün əvvəl itkin düşən 15 yazlı qızın meyiti tapılıb
Qəbələdə qadın azyaşlı övladı ilə birlikdə itkin düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
