Alimlər: Qasırğaların səbəbi smartfonlar ola bilər
Araşdırmalar göstərir ki, bu il ABŞ-də yaranmış dağıdıcı qasırğalar “iPhone” kimi smartfonlar da daxil olmaqla, müasir texnologiyalarla əlaqəli ola bilər.
Bu barədə “Report” “DailyMail” nəşrinə istinadən xəbər verir.
Materialda qeyd olunub ki, mobil cihazların istehsalı və istismarı nəticəsində hər il atmosferə 580 milyon ton karbon qazı buraxılır. Bu da öz növbəsində bütün aviasiya sənayesinin emissiyalarından çoxdur.
Bu emissiyalar okeanları qızdıraraq, “Milton” qasırğası kimi güclü fırtınalar əmələ gətirir. Alimlərin fikrincə, smartfon istehsalının hər bir mərhələsi - xammalın çıxarılmasından tutmuş utilizasiyaya qədər böyük enerji xərcləri tələb edir ki, bu da böyük istixana qazları emissiyası ilə müşayiət olunur.
Bir telefonun istehsalı zamanı təxminən 180 funt karbon qazı atmosferə buraxılır. Halbuki, 180 funt karbon altı ay ərzində avtomobil sürən zaman meydana gəlir.
Ancaq bunlar bütün risklər deyil: telefonların şarj edilməsi, onların istifadəsi və utilizasiyası atmosferə daha da zərərli maddələr buraxır.
Bundan başqa zibilliklərə atılan batareyalardan çıxan zəhərli maddələr torpağa sızaraq ətraf mühiti çirkləndirir və qlobal istiləşmənin, qasırğa və daşqın kimi təbii fəlakətlərin artmasına səbəb olur.
Oxşar xəbərlər
Alimlər: Son 20 ildə metan emissiyaları kəskin artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmail Serageldin: Atmosferə qlobal karbon qazı emissiyası ildə 54 milyard tona çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÜMT hesabatı: İstixana qazları 2023-cü ildə yeni maksimuma çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"iPhone 16 Pro" bütün smartfonlar arasında ən dar çərçivəyə sahib olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektromobil sahibləri ətraf mühitə DYM avtomobili sürücülərindən daha çox ziyan vururlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












