Batabatın donmuş gölləri və qış mənzərəsi - FOTOREPORTAJ
Şahbuz rayonu ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən, dillər əzbəri olan Batabat yaylağı ilin bütün fəslində özünəməxsus gözəlliyi ilə seçilir. Batabat yaylağının qış mənzərələri müxtəlif çalarlarının ahəngidir.
Yay aylarında min bir rəngə çalan dağ yamacları, çəmənlər, meşələr indi bəyaz qarla örtülüb.
“Sizinxeber.az”un yerli bürosu Batabatın donmuş göllərini və qış mənzərələrini əks etdirən fotoreportaj hazırlayıb.
Qeyd edək ki, Batabat gölü Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsində, dəniz səthindən 2 424 m yüksəklikdədir. O, uçqun və sürüşmədən yaranan şirinsulu göldür.
Yaylaq dəniz səviyyəsindən 3 100-3 200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlarla əhatələnir.
Oxşar xəbərlər
Azərbaycanda yeni nazirlik yaradıldı
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi ləğv edilib
Taksi sürücülərinin NƏZƏRİNƏ: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır”
Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













