HƏMAS ABŞ-nin xüsusi elçisi Stiv Uitkoffun təqdim etdiyi Qəzza zolağında atəşkəs və girovlarla bağlı vəziyyətin nizamlanmasına dair yeni təklifləri araşdırır.
“Sizinxeber.az” EFE-yə istinadən xəbər verir ki, bu barədə hərəkatın bəyanatında deyilir.
"HƏMAS rəhbərliyi Uitkoffdan yeni təkliflər alıb və onların Qəzza sakinlərinin maraqlarına uyğun olub-olmamasını, həmçinin daimi atəşkəsə gətirib çıxarması potensialını diqqətlə araşdırır", - məlumatda qeyd olunub.