HAMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzzada atəşkəslə bağlı yeni təklifini vasitəçilərdən aldığını bildirib.


APA xəbər verir ki, bu barədə HAMAS-ın yaydığı bəyanatda qeyd olunub.


“Biz vasitəçilərdən Uitkoffun yeni təklifini aldıq və davamlı atəşkəsə nail olmaq üçün onu məsuliyyətlə öyrənirik”, - bəyanatda vurğulanıb.