Sosial təminat sistemləri bir çox çətinliklərlə üzləşirlər
"Report" xəbər verir ki, bunu Beynəlxalq Sosial Təminat Assosiasiyasının baş katibi Marselo Abi-Ramia Kaetanon "Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, texnologiyalardan sosial təminat sistemində tətbiqi önəmlidir:
"Lakin sosial təminat sistemlərinin üzləşdiyi çətinlikərdən biri də məhz budur. Onların əhatə dairəsi yetəri qədər geniş deyil".
Baş katib qeyd edib ki, sosial təminat sisteminin maliyyələşdirilməsi və əhalinin yaşlanması, sağlamlıq məsələləri diqqət mərkəzindədir.