“İstiliyin verilməsinın dəyişdirilməsi ilə bağlı İşçi Qrup yaradılıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində “Azəristiliktəchizat” ASC-nin sədri İlham Mirzəliyev deyib.

O bildirib ki, dağ, dağətəyi və aran rayonlarında istiliyin verilməsi müddətləri tənzimlənəcək: “Artıq daxil olan müraciətlər İşçi Qrupda araşdırılır”.