ABŞ və Çin nümayəndə heyətləri arasında ticarət danışıqlarının yeni raundunun bir neçə həftə ərzində keçirilməsi gözlənilir.
“Report”un məlumatına görə, bu barədə ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib.
"Güman edirəm ki, yaxın bir neçə həftə ərzində biz yenidən görüşəcəyik", - o qeyd edib.
Onun sözlərinə görə, görüşün dəqiq detalları - tarixi və keçirilmə yeri hələ müəyyən edilməyib.