Nikaraqua Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) çıxmaqla bağlı qərar qəbul edib.

APA xəbər verir ki, bu haqda xarici işlər naziri Valdrak Jentzke açıqlayıb.

Ölkənin UNESCO-dan çıxmasının səbəbi isə qurumun “La Prensa” qəzetinə mükafat verməsi olub. Belə ki, Nikaraqua hakimiyyəti bu qəzeti zorakılıq və qəddarlığı, həmçinin ABŞ-ın Nikaraquadakı işlərinə müdaxilə siyasətini təbliğ edən nəşr kimi qəbul edir.