Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, qəza Van-Bitlis avtomobil yolunda qeydə alınıb. "Mercedes" markalı sərnişin avtobusunun aşması nəticəsində 28 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım, jandarm, polis və xilasedicilər cəlb edilib. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra zərərçəkənlər təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Qəza ilə bağlı araşdırma aparılır.