Hindistanın Baş naziri Narendra Modi Silahlı Qüvvələrə Pahalqamda törədilən terror aktı ilə əlaqədar Pakistana qarşı cavab tədbirləri ilə bağlı müstəqil qərar qəbul etmək səlahiyyəti verib.

APA-nın məlumatına görə, bu barədə xəbəri “Times of India” yayıb.

Bildirilib ki, müvafiq qərar ölkənin hərbi rəhbərliyi ilə müşavirədə qəbul edilib. N.Modi bu addımı ölkənin müstəqil hüququ adlandırıb.

O da bildirilib ki, hər iki ölkə arasında vəziyyətin gərginləşməsi fonunda aprelin 30-da Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Qeyd edək ki, aprelin 22-də baş verən terror aktı nəticəsində 26 nəfər həlak olub.