Qlobal elektrik kəsintisi səbəbindən İspaniyanın paytaxtı Madriddə keçirilən tennis üzrə ATP-1000 və WTA-1000 turnirlərinin oyunları dayandırılıb.

"Report"un AS-a istinadən məlumatına görə, problem Portuqaliya da daxil olmaqla, bütün Pireney yarımadasına təsir edib.

Bu problem hava limanları, metro və qatarların hərəkətinə də təsirsiz ötüşməyib.

Elektrik enerjisinin kəsilməsinin səbəbləri hələlik açıqlanmayıb.