MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 9-da Düşənbədə keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev Almatıda keçirilən MDB XİN başçıları Şurasının genişləndirilmiş iclasında bildirib.

"Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilməsi barədə qərar qəbul edilib", - o vurğulayıb.

Qeyd edək ki, MDB xarici işlər nazirlərinin görüşləri ildə iki dəfə keçirilir.