Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 450 nəfərin olduğu sərnişin qatarına atəş açaraq, sərnişinləri və heyət üzvünü girov götürüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
***
15:09
Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 400 nəfərin olduğu sərnişin qatarına atəş açaraq, 100-ə yaxın şəxsi girov götürüb.
Sizinxeber.az-nın “The Eurasian Times” portalına istinadən xəbərinə görə, hadisədən əvvəl atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 6 nəfər əməkdaşı öldürülüb.
Girovların arasında polis əməkdaşlarının da olduğu açıqlanıb.
İlkin məlumata əsasən, qatar Pişəvər şəhərinə hərəkət edirmiş.