Futbol üzrə Belçika millisinin yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə Belçika Futbol Federasiyası məlumat yayıb.

Belçika yığmasını Rudi Qarsiya çalışdıracaq.

O, sonuncu dəfə İtaliya A Seriyası komandalarından "Napoli"nin sükanı arxasında işləyib.

60 yaşlı mütəxəssis karyerasında ilk dəfə milli komanda çalışdıracaq.

Qeyd edək ki, Belçika millisi ötən həftə Domenik Tedesko ilə yollarını ayırıb.