İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

13:21

İmişlidə avtomobil məktəbliləri vurub, ölən və yaralananlar var.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində avtomobil 3 məktəblini vurub.

Məktəblilərdən biri hadisə yerində ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.