Lənkəranda piyadanı avtomobil vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhərin dəniz kənarı ərazisində baş verib. "Daewoo" markalı minik avtomobili Astara rayonunun Kolatan kənd sakini 1995-ci il təvəllüdlü Anar Bəxtiyar oğlu Ağarzazadəni vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada, sürücü tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.