Sizinxeber.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Tkaçova danışıb.

Onun sözlərinə görə, qocalmanın narahatedici əlamətlərinə yerişin yavaşlaması və qeyri-sabit olması, yıxılmağa meyillilik, bədən çəkisinin azalması, eləcə də yaddaş, görmə və eşitmənin zəifləməsi daxildir.

Həkim vurğulayıb ki, müntəzəm tibbi müayinələr mühüm əhəmiyyət daşıyır. Bu müayinələr artıq formalaşmış risk faktorlarını aşkar etməyə, xəstəlikləri erkən mərhələdə müəyyənləşdirməyə, həmçinin vaxtında profilaktik tədbirlərə və müalicəyə başlamağa imkan verir.

Ekspert Rusiya üzrə yaradılan Sağlam Uzunömürlülük Mərkəzlərinin fəaliyyətinə də xüsusi diqqət çəkib. Olqa Tkaçovanın sözlərinə görə, standart tibbi müayinələr inkişaf etməkdə olan xəstəliklərin və onların birbaşa səbəblərinin aşkarlanaraq aradan qaldırılmasına yönəldiyi halda, bu ixtisaslaşmış mərkəzlər sözdə “risköncəsi vəziyyətlər”lə işləyir.

Bu, orqanizmdə mənfi dəyişikliklərin artıq başladığı, lakin xəstəliyin klinik əlamətlərinin hələ formalaşmadığı mərhələdir.

Mütəxəssis qeyd edib ki, məhz bu qabaqlayıcı yanaşma xroniki xəstəliklərin qarşısını almaqla yanaşı, insanın ümumi qocalma prosesinə də təsir göstərməyə imkan verir.

Həmidə İbrahimova