İmişlidə avtomobil məktəbliləri vurub, ölən və yaralananlar var.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli şəhərində avtomobil 3 məktəblini vurub.

Məktəblilərdən biri hadisə yerində ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.