Saatlıda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Qaralar kəndində qeydə alınıb.

Minik maşını yolu keçən Qaralar kənd sakini, 1983-cü il təvəllüdlü Qurbanov Elnur Səyyar oğlunu vuraraq ağır yaralıayıb.

Piyada müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.