Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Rövşən Əliyev saxlanılıb.

Sizinxeber.az xəbər verir ki, onun üzərindən və evindən 7 kiloqram narkotik vasitə marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.