ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.

Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.