Qazaxda minik maşınının vurduğu piyada xəstəxanada ölüb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü R. Nəbiyevin həyatını xilas etmək mümkün olmayıb.

***

08:43

Qazaxda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə rayonda yerləşən yanaqcaqdoldurma məntəqəsinin yaxınlığlnda qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü R.Nəbiyev yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.