Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 1980-ci il təvəllüdlü R.Səfərovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.