Prezident İlham Əliyevin sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi təyin edilib.

Oxu.Az Sahib Rzayevin dosyesini təqdim edir:

Sahib Rzayev 1977-ci ildə anadan olub.

2001-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini, 2011-ci ildə isə Bakı Dövlət Universitetində Beynəlxalq hüquq ixtisası üzrə əlavə təhsili fərqlənmə ilə bitirib.

2006-cı ilədək daxili işlər orqanlarında müstəntiq, 2006-cı ildən 2023-cü ilə qədər Fövqəladə Hallar Nazirliyində şöbə, idarə və baş idarə rəisi vəzifələrində çalışıb. 2025-ci ilin yanvar ayından Ədliyyə Nazirliyinin İstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib. Daha sonra Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin olunub.