Qazaxda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə hadisə rayonda yerləşən yanaqcaqdoldurma məntəqəsinin yaxınlığlnda qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Rövşən Nəbiyev yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.