Moldova Nazirlər Kabineti ölkədəki enerji böhranı səbəbindən parlamentdən fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini xahiş edir.

“Report” xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

Parlamentin razılıq verəcəyi təqdirdə fövqəladə vəziyyət rejimi 60 gün müddətinə tətbiq edilə bilər.