Türkiyənin Ankara şəhərində ağır yol qəzası baş verib.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bu barədə Ankara bələdiyyə sədri Mansur Yavaş bildirib.

Qeyd olunub ki, hərəkətdə olan avtomobil Ankara – Çankırı yolunda aşıb.

Nəticədə maşında olan beş nəfər ölüb. Onların eyni ailənin üzvləri olduğu bildirilir.