Türkiyədə ağır yol qəzası olub.

“Sizinxeber.az” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə Aksaray-Ankara avtomobil yolunda qeydə alınıb.

Belə ki, sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.