İsrail ordusu İordan çayının qərb sahilində bir sıra yaşayış məntəqələrinə hücum zamanı Fələstin müqavimət qüvvələri ilə vuruşur.

APA xəbər verir ki, bu barədə Qətərin “Al-Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, İordan çayının qərb sahilində yerləşən Nur Şəms qaçqın düşərgəsində fələstinlilər İsrail əsgərlərinə atəş açıb.