Türkiyə Silahlı Qüvvələri Suriyada yeni əməliyyat keçirib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK /YPG terror təşkilatının 7 üzvü öldürülüb.

Nazirlik terrorçulara qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.