Qəzza zolağının şimalında İsrail Müdafiə Qüvvələri tərəfindən keçirilən reyd zamanı azı 32 fələstinli həlak olub.

APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri Fələstin anklavının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsində reyd zamanı bir neçə yaşayış binasını partladıblar.

Nəticədə azı 32 nəfər ölüb. Zərərçəkənlər barədə məlumat verilmir.