İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı üç həbçisinin həlak olduğunu açıqlayıb.

APA xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Givati ​​briqadasının iki çavuşu Qəzzanın şimalında gedən döyüşdə həlak olub.

Eyni bölmənin kapitanı Fələstin anklavının cənubunda döyüşlər zamanı aldığı yaralardan ölüb.