Şiə Hizbullah qruplaşması ilk dəfə olaraq İsrailin şimalında evakuasiya əmri verib.

APA xəbər verir ki, bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb.

Məlumata görə, xəbərdarlıq İsrailin şimalında Livanla sərhəddən 3-22 km aralığında yerləşən və 200 minə yaxın insanın yaşadığı 25 yaşayış məntəqəsinə aiddir.

Hizbullah bildirir ki, yaşayış məntəqələri İsrail qüvvələrinin Livana hücum etmək üçün yerləşdirildiyi hərbi postlara çevrilib.