Türkiyədə beşmərtəbəli yaşayış binasında partlayışda xəsarət alanların sayı artıb.

APA-nın Türkiyənin NTV tlekanalına istinadən verdiyi xəbərə görə, Çorum şəhərində beşmərtəbəli binanın üçüncü mərtəbəsində baş verən güclü partlayış nəticəsində 33 nəfər xəsarət alıb.

***

saat 16.28

Türkiyədə beşmərtəbəli yaşayış binasında güclü partlayış olub.

APA-nın xəbərinə görə, Çorum şəhərində beşmərtəbəli binanın üçüncü mərtəbəsində partlayış baş verib.

İlkin ehtimala görə, partlayışın səbəbi qaz sızması olub.

Çorum valisi Ali Çalgan partlayış nəticəsində 1 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını açıqlayıb.