Qaradağda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Qaradağ rayon prokurorluğu məlumat yayıb.

Oktyabrın 27-si saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.