Rusiya Xarici İşlər Nazirliyinin resursları irimiqyaslı DDoS hücumuna məruz qalıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, hazırda mütəxəssislər resursların işini bərpa edirlər.

Qeyd edək ki, Rusiya XİN-nin saytına giriş məhdudlaşdırılıb.