Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, "VAZ-2104" və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Nəticədə "VAZ 2104"-ün sürücüsü 62 yaşlı Rüstəm Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.