Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.

“Sizinxeber.az verir ki, finalda Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşan idmançı rəqibinə qabil gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.