Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, yolun Xudat şəhəri ərazisindən keçən hissəsində "VAZ 21011" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 nəfərin öldüyü bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.