İran üçüncü dövlət vasitəsilə ABŞ ilə diplomatik təmasdadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Ərakçi bildirib.

O qeyd edib ki, Tehran Vaşinqtonla fikir mübadiləsini birbaşa saxlamır: “ABŞ ilə diplomatik kanal başqa ölkələr vasitəsilə açıqdır”.