Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 15-ci məhəllə, R.Qəhrəmanov küçəsində yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar olaraq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində üçmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 8 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb, yataqxana binası yanğından mühafizə olunub.


***
20:27

Sumqayıtda yataqxanada baş verən partlayışdan sonra yanğın başlayıb.

Sizinxeber.az xəbər verir ki, hadisə şəhərin 15-ci məhəlləsində yerləşən 2 saylı yataqxanada qeydə alınıb.

Hadisə yerinə FHN-nin DYMX-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Sakinlər binadan təxliyə edilib.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisəyə ilkin səbəb kimi qaz balonun partlaması göstərilir.

Fakt araşdırılır.