Ermənistanla Fələstin dövləti arasında diplomatik münasibətlər qurulub.

Sizinxeber.az-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bununla bağlı kommunike BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu Sessiyası çərçivəsində imzalanıb.

Sözü gedən sənədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla fələstinli həmkarı Məhəmməd Mustafa imza atıblar.